330x110
 

Bi sıra ölkələrə poçt göndərişləri bərpa olundu - Siyahı

20.05.2020,14:52


20 may, Fineko/abc.az. “Azərpoçt” MMC-nin beynəlxalq poçt göndərişlərinin qəbulunu bərpa etdiyi ölkələrin sayı 40-a çatıb.

ABC.AZ xəbər verir ki, qurum tərəfindən yük aviaşirkətləri ilə danışıqlar davam etdirilərək beynəlxalq poçtdaşımaları barədə yeni razılıqlar əldə olunub.

Hazırda poçt şöbələrində və “Şəbəkə” xidmət mərkəzlərində Almaniya, ABŞ, Avstriya, Belçika, Böyük Britaniya, Bolqarıstan, Çexiya, Çin, Danimarka, Fransa, Finlandiya, Honkonq, Gürcüstan, Estoniya, Xorvatiya, İsrail, İsveç, İsveçrə, İtaliya, İspaniya, Koreya Respublikası, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Macarıstan, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, Serbiya, Sinqapur, Slovakiya, Sloveniya, Tailand, Türkiyə, Ukrayna və Yaponiyaya beynəlxalq poçt göndərişlərinin qəbulu aparılır. Digər ölkələrə də göndərişlərin həyata keçirilməsi üçün danışıqlar davam etdirilir.

 

Müəllif: Elmir Murad