Naxçıvanda ÜDM-nin tərkibində ilk yeri sənaye sahəsi tutur - Hesabat

15:10 - 20.05.2020


20 may, Fineko/abc.az. Naxçıvan Muxtar respublikasında 2020-ci ilin yanvar-aprel aylarında 743 milyon 26 min 800 manatlıq ümumi daxili məhsul istehsal olunub.

 ABC.AZ MR-in Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz çoxdur.

Məlumata görə, hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz artaraq 1615,3 manat olub. Ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 337 milyon 363 min manat dəyərində məhsul istehsal edilib ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çoxdur.

Bütün xəbərlər