Daha bir kredit ittifaqı bağlandı - Mərkəzi Bank qərar verdi

15:15 - 20.05.2020


 20 may, Fineko/abc.az. Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə ölkədə fəaliyyət göstərən daha bir kredit ittifaqının lisenziyası ləğv edilib.

ABC.AZ report-a istinadən xəbər verir ki, bu, Beyləqan rayonundakı "Optimal Kredit İttifaqı" MMC-dir.

Qeyd edək ki, bununla da Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının sayı 43-dən 42-yə düşüb. 2020-ci ildə bağlanmış kredit ittifaqlarının sayı isə 2-dən 3-ə çatıb.

Bütün xəbərlər