Bu ölkələr uçuşları bərpa edir - Tarix bilindi

16:01 - 20.05.2020


 20 may, Fineko/abc.az.  Ukrayna və Gürcüstan arasında uçuşlar 1 iyul tarixindən etibarən bərpa olunacaq.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukraynanın İnfrastruktur naziri, Vladislav Krikli yerli mətbuata müsahibəsində bildirib. Onun sözlərinə görə, hava hərəkətinin bərpa olunması üçün digər ölkələrlə də danışıqlar davam edir.

Qeyd edək ki, Gürcüstan tərəfi xarici ölkələr üçün öz hava sahəsini 18 martdan etibarən tamamən bağlamışdı və iyul ayından açmağı planlaşdırır.

 

Müəllif: Elmir Murad

Bütün xəbərlər