Sahibkarlar bəzi nöqsanlara yol verib - AQTA-dan açıqlama

16:16 - 20.05.2020


20 may, Fineko/abc.az.  Son günlərdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin 1003 Çağrı Mərkəzinə istehlakçılardan daxil olan müraciətlərə əsasən müəyyən olub ki, bir sıra sahibkarlar müxtəlif pozuntulara yol verib.

ABC.AZ xəbər verir ki, bu fikirlər yaydığı məlumatda qeyd olunub. "Aparılan araşdırmalar zamanı respublikanın müxtəlif regionlarında fəaliyyət göstərən 416 ticarət müəssisəsində monitorinqlər keçirilib, onlardan 164-də müraciətlərdə qeyd olunan nöqsanlar öz təsdiqini tapıb. 

Monitorinq nəticəsində yararlılıq müddəti ötmüş ümumi çəkisi 764,866 kq olan ət, süd, unlu və qənnadı məmulatları, konservlər və s., eləcə də 435,02 litr olan spirtli və spirtsiz içkilər və müxtəlif çeşidli şirələr satışdan çıxarılaraq məhv edilib. Agentlik tərəfindən əhalinin sağlamlığının qorunması, təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl olaraq zəruri tədbirlər həyata keçirilməkdədir. " deyə Agentliyin məlumatında bildirilib. 

 

Müəllif: Elmir Murad

Bütün xəbərlər