Bu ölkələrin vətəndaşları Azərbaycanda şirkət açıb – Siyahı

17:03 - 20.05.2020


20 may, Fineko/abc.az. Xəbər verdiyimiz kimi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ölkədəki xarici investisiyalı kommersiya hüquqi şəxslərin sayını açıqlayıb.

ABC.AZ xəbər verir ki, bu ilin aprelində 21 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib, ləğv edilən xarici investisiyalı kommersiya hüquqi şəxs olmayıb.

Dövlət qeydiyyatına alınmış hüquqi şəxslər Pakistan, İran, Türkiyə, Gürcüstan və Hindistan investisiyalı hüquqi şəxslərdir. Onlar əsasən xidmət, ticarət, sənaye və digər sahələrdə fəaliyyət göstərirlər.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər