Azərbaycanlı Rusiyanın məşhur bankına rəhbərlik edəcək - Təyinat

17:15 - 20.05.2020


20 may, Fineko/abc.az. Rusiyanın İqtisadiyyat nazirinin əslən azərbaycanlı olan müavini Azər Talıbov bu vəzifədən gedib.

ABC.AZ xəbər verir ki, Rusiyanın Baş Naziri Mixail Mişustin Azər Talıbovun işdən getmək barədə ərizəsini imzalayıb.

Bəzi mənbələrin məlumatına görə, Azər Talıbov “Roseksimbank” dövlət bankına rəhbərlik edəcək. A.Talıbov 2017-ci ildən İqtisadiyyat nazirinin müavini işləyib. Bundan əvvəl o, Rusiya Mərkəzi Bankında çalışıb.

 

Bütün xəbərlər