Dəmir yolu ilə həyata keçirilən ixrac da açıqlanıb – Məbləğ və həcm

17:31 - 20.05.2020


20 may, Fineko/abc.az. Apreldə dəmir yolu nəqliyyatı ilə ümumilikdə 664 min 832 ton yük daşınıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, sözügedən yüklərin dəyəri 220,8 milyon ABŞ dolları olub.

Verilən məlumata görə ötən ay dəmir yolu nəqliyyatı ilə ixrac olunan 200 min 672 ton yükün dəyəri 30,7 milyon dollar təşkil edib.

Eyni dövrdə bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 464 min 160 ton, dəyəri isə 190,1 milyon dollar olub.

 

Bütün xəbərlər