TuranBank əlilliyi olan şəxslər üçün özünüməşğulluq proqramına dəstək olmağa davam edir

10:30 - 21.05.2020


21 may, Fineko/abc.az.  Uğurla davam edən bu təşəbbüsə dəstək olaraq TuranBank bu dəfə bölgələrdə fəaliyyət göstərən 3 əlillik dərəcəsi olan şəxsi fəaliyyət göstərdikləri sahə üzrə ehtiyac duyduqları iş alətlərilə təmin etmişdir. Belə ki, Lənkəran şəhərindən Şamo Nurullayevə, Qazax rayonundan Şamil Muradlı və Gəncə şəhərindən Ülfət Quliyevə özünüməşğulluq proqramına müraciətləri əsasında peşəkar fotoaparat avadanlıqları təqdim olunmuşdur. 

Xatırladaq ki, sözügedən dəstək 11 mart 2020-ci il tarixində Ölkə Prezidentinin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə ölkədə fəaliyyət göstərən banklar tərəfindən köməklik göstərilməsi ilə bağlı sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə dəstək vermək məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünəməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair imzalanan Memoranduma əsasən həyata keçirilir.

Bütün proqram iştirakçılarını təbrik edir və gələcək işlərində uğurlar arzulayırıq!

TuranBank


Bütün xəbərlər