330x100
 

Bu turizm mərkəzi audit axtarır – Elan

21.05.2020,10:18


21 may, Fineko/abc.az. “Şahdağ Turizm Mərkəzi” QSC audit xidmətinin satın alınması məqsədilə kotirovka sorğusu elan edir.

ABC.AZ xəbər verir ki, kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər Bakı şəhəri, Neftçilər prospekti 153 nömrəli ünvana müraciət edə bilərlər.

Əlaqələndirici şəxs - Kəmalə Süleymanova, telefon- (012) 310 11 10 daxili nömrə 7700.

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanıb möhürlənmiş kotirovka təkliflərini 22 may 2020-ci il saat 17.00-dan gec olmamaq şərtilə qeyd olunan ünvana təqdim etməlidirlər.