Bu yataqlardan emal olunan neft artıb – Hesabat

11:08 - 21.05.2020


21 may, Fineko/abc.az. İstismara veriləndən mayın 1-dək olan dövrdə “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarından 535 mln. ton neft (kondensatla birlikdə), 293 mlrd. m3 qaz hasil edilib.

ABC.AZ Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu yataqlardan 538,7 mln. ton neft (kondensatla birlikdə), 81,6 mlrd. m3 qaz isə ixraca nəql olunub.

2020-ci ilin 4 ayında 2013 min ton neft emal edilib. Neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 32,6 min ton çox olub.

 

Bütün xəbərlər