Bakı Metropoliteni 1,1 milyon manatlıq 3 tenderə yekun vurub

11:29 - 21.05.2020


21 may, Fineko/abc.az. “Bakı Metropoliteni” QSC-nin tunellərində istifadə olunan korroziya əleyhinə xüsusi boya örtüklərinin satın alınması (Tender 1), Müxtəlif növ akkumulyatorların satınalınması (Tender 2), Dizel mühərrikli çəngəlli yükləyicilərin (Tender 3) satın alınması ilə bağlı elan edilən açıq tenderlərə yekun vurulub.

ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, 1-ci tenderin qalibi "CMT GROUP" MMC, 2-ci tenderin qalibi "GRAND MOTORS" MMC, 3-cü tenderin qalibi "UDT-TEXNİKA" MMC olub.

Qalib şirkətlərə müvafiq olaraq 863511.26 manat, 276799.68 manat ,56168 manat ödəniləcək.

 

Bütün xəbərlər