Qonşu ölkədə fövqəladə vəziyyət ləğv olunur – Tarix açıqlandı

11:53 - 21.05.2020


21 may, Fineko/abc.az. Hökumət fövqəladə hal rejimi və komendant saatının davam etməməsi barəsində qərar qəbul edib.

ABC.AZ Gürcüstan mediasına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Giorgi Qaxariya bildirib.

O Gürcüstandakı xəstələrim statistikasını xatırladaraq hökumətin fövqəladə vəziyyətlə bağlı qərarını açıqlayıb: "Bu gün, Gürcüstanda koronavirusa 8 yeni yoluxma halı var. Stasionar nəzarətdə isə 224 nəfər müalicə alır. Əlbəttə ki, hamı yaxşı bilir ki, bu qlobal panidemiyadan sonra, problemlər daha da çoxalır. Eyni zamanda, hər kəs yaxşı bilir ki, ölkəni asta-asta, rasional şəkildə, ancaq çox ehtiyyatlı, normal həyat qaydalarına qaytarmaq bizim öhtəliyimizdir. Buna görə də, hökumət qərar qəbul etdi ki, fövqəladə hal rejimi və uyğun olaraq komendant saatı davam etdirilməsin. Ancaq, virus heç yerə getməyib və hamı anlamalıdır ki, bu mübarizə bizmlə bir yerdə olacaq, hansı ki, vaxtını dəqiq olaraq, heç kim deyə bilmir".

Qeyd edək ki, Gürcüstanda fövqəladə hal və kamendant saatının ləğvi 23 may tarixindən etibarən qüvvəyə minəcək.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər