330x110
 

Azərbaycan düyü idxalını artırıb – 4 ayda

21.05.2020,12:35


21 may, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında Azərbaycana 21,3 min tonadək düyü idxal edilib.

ABC.AZ Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, idxal edilən düyünün dəyəri 14,1 milyon ABŞ dolları olub.

Qeyd edək ki, keçən ilin eyni dövründə ölkəyə dəyəri 14,5 milyon dollar olmaqla 17,3 min tondan çox düyü idxal edilmişdi.