İmişlinin yeni icra başçısının Dosyesi – Əvvəllər Komitədə də işləyib

14:13 - 21.05.2020


21 may, Fineko/abc.az. Bildiyiniz kimi Prezident İlham Əliyevin Sərəncamı ilə İmişli Rayonuna yeni İcra Başçısı təyin olunub.

ABC.AZ xəbər verir ki, yeni icra başçısı Rzayev Elçin Adil oğlu yeni təyinata qədər Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləyib.

Bununla yanaşı E.Rzayev əvvəllər Əmlak Məsələləri Dövlət Komitəsində də işləyib. Buna qədər isə o Yasamal RİH-nin Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində də çalışıb.

 

Bütün xəbərlər