Bakı Telefon Rabitəsi təmir işləri üçün tender keçirir

14:56 - 21.05.2020


21 may, Fineko/abc.az.  “Bakı Telefon Rabitəsi” MMC Bakı şəhəri, Yasamal rayonu Tbilisi prospekti 107 ünvanında yerləşən inzibati binanın və həyətdəki köməkçi binaların təmir işlərinin satınalınması üçün açıq tender keçirir.

Tenderdə iştirak haqqı 900 manatdır.

ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri 18.06.2020 11:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 29.06.2020 10:17 qədər təqdim etməlidirlər.

İddiaçıların təkliflərinin açılışı 30.06.2020 11:00  tarixində aparılacaq.

Ünvan: Üzeyir Hacıbəyli 48

Telefon: (994 12) 4983929

 

Bütün xəbərlər