Ünvanlı sosial yardımlar kartlara köçürülüb - May ayının pulları

15:46 - 21.05.2020


21 may, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi may ayı üzrə ünvanlı dövlət sosial yardımlarının ödənişini həyata keçirib.

Nazirlikdən ABC.AZ-a bildirilib ki, sosial yardım üzrə vəsaitlər həmin yardımı alan ailələri təmsil edən şəxslərin hesablarına köçürülüb.

Qeyd edək ki, hazırda 83 min ailə (350 min ailə üzvü) ünvanlı sosial yardım alır və hər ailəyə ayda orta hesabla 224 manat ödənilir.

 

Bütün xəbərlər