330x110
 

Apreldə Azərbaycanda avtomobil istehsal edilməyib - Hesabat

21.05.2020,16:31


21 may, Fineko/abc.az. 2020-ci ilin yanvar-aprel ayları Azərbaycanda 672 ədəd minik avtomobili istehsal edilib.

ABC.AZ Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, bu il 2019-cu ilin eyni dövrü ilə müqayisədə avtomibil istehsalı 54,1% artıb. 

Qeyd edək ki, 54,1%-lik artım ilk 3 aydakı istehsaldan qaynaqlanır. 2020-ci ilin 1-ci rübü ərzində Azərbaycanda 672 ədəd minik avtomobili istehsal edilmişdi. Beləliklə, Aprel ayında Azərbaycanda minik avtomobili istehsal edilməyib.

Müəllif: Elmir Murad