Rabitə sektorundan bu qədər gəlir əldə olunub - 4 ayda

16:42 - 21.05.2020


21 may, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında Azərbaycanda informasiya və rabitə sektorundan əldə edilən gəlirin həcmi açıqlanıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, informasiya və rabitə müəssisələri tərəfindən göstərilmiş 690,2 milyon manatlıq xidmətlərin 71,8 faizi əhali sektoruna aid olub.

Müqayisə üçün qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin yanvar-aprel aylarında göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi 8,4 faiz artıb.

Qeyd edək ki, sözügedən dövrdə əldə edilmiş gəlirin 79,6 faizi qeyri-dövlət sektorunun payına düşüb.

 

Bütün xəbərlər