İqtisadiyyat naziri ABŞ şirkətlərini Azərbaycanda investisiya imkanlarını nəzərdən keçirməyə dəvət edib

17:24 - 21.05.2020


21 may, Fineko/abc.az.  Azərbaycanda Amerika Ticarət Palatası ilə işgüzar görüş keçirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən ABC.AZ-a bildirilib ki, görüşdə Koronavirus (COVID-19) pandemiyasının iqtisadiyyata mənfi təsirləri barədə fikirlərini bildirən M.Cabbarov postpandemiya dövrü üçün əsas hədəflərdən biri iqtisadi artımın yeni modelinin həyata keçirilməsi olduğunu bildirib.

İqtisadiyyat naziri ABŞ şirkətlərini Azərbaycanda tikinti, dağ-mədən, neft-kimya, rəqəmsal iqtisadiyyat, nəqliyyat, ticarət və logistika, telekommunikasiya, kənd təsərrüfatı və emal sənayesi, turizm sektorlarının inkişafı istiqamətlərində investisiya imkanlarını genişləndirməyə dəvət edib.

 

Bütün xəbərlər