Neftin qiyməti aşağı düşür, Brent-in qiyməti bir barelə $34-ə enib

09:50 - 22.05.2020


22 may, Fineko/abc.az. Ötən gün, 6 həftə ərzində maksimum artımdan sonra, cümə günü neft qiymətləri düşməkdədir.

Saat 9:15-də London ICE Futures birjasında Brent-in iyul ayı üçün fyuçers qiyməti $2,07 (5,74%) – barel başına $33,99-a düşdü.

Mayın 21-də ICE Futures birjasında ticarətin nəticələrinə görə, iyul fyuçersinin qiyməti bir barel üçün $0,31 (0,87%), $36,06 qədər artıb.

9:15-də Nyu-York əmtəə birjasında (NYMEX) WTI-in iyul ayına olan fyuçersi $2,37 (6,99%) – barel başına $31,55-ə düşdü.

Mayın 21-də Nyu-York əmtəə birjasında (NYMEX) keçirilən ticarətin nəticələrinə görə, WTI-nin iyul fyuçersinin qiyməti $0,43 (1,28%), bir barelə $33,92 səviyyəsinə qalxıb.

 

Bütün xəbərlər