Bakıda daha bir park tikiləcək – Bu ünvanda

10:12 - 22.05.2020


22 may, Fineko/abc.az. “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC tender elan edir.

ABC.AZ-ın məlumatına görə, “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC yeni istirahət parkının layihə-smeta sənədlərinin hazırlanması xidmətini alır.

İstirahət parkı Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 75 və 75A nömrəli binaların arxasında (Cəfər Cabbarlı kinostudiyasının arxası) istifadəsiz 4 hektar ərazidə salınacaq.

İştirak haqqı 100 manatdır

 

Bütün xəbərlər