330x110
 

Neftqazmaş ASC-nin səhmdarları toplaşır – Mənfəət bölüşdürəcəklər

22.05.2020,10:29


22 may, Fineko/abc.az. İyulun 9-da "Neftqazmaş" ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.

ABC.AZ xəbər verir ki, Sabunçu rayonu, I Zabrat qəsəbəsi,

Oktyabr küçəsi 29 ünvanında “Neftqazmaş’’ ASC-nin iclas zalında baş tutacaq. İclasda səhmdar cəmiyyətin idarəetmə orqanlarının 2019-cu il üzrə maliyyə-təsərrüfat fəaliyyəti haqqında hesabatı və mənfəətin bölüşdürülməsi məsələsi müzakirə olunacaq.

Müəllif: Elmir Murad