330x110
 

Bir ildə 3 milyon manatdan çox qazanan BOKT – Hesabat

22.05.2020,10:55


22 may, Fineko/abc.az. Bank Olmayan Kredit Təşkilatı (BOKT) “Embafinans” QSC maliyyə nəticələrini açıqlayıb.

ABC.AZ BOKT-un maliyyə hesabatlarına istinadən xəbər verir ki, “Embafinans” QSC 2019-cu ili 3 milyon 252 min manat xalis mənfəətlə başa vurub.

2018-ci illə müqayisədə ötən il təşkilatın xalis mənfəəti 1 milyon 425 min manat və ya 78% artıb.

Xalis mənfəətin artması “Embafinans”ın gəlirlərinin artmasından qaynaqlanır. 2019-cu ildə 2018-ci illə müqayisədə təşkilatın faiz gəlirləri 3 milyon 34 min manat və ya 44% artaraq 9 milyon 919 min manat təşkil edib.

Müəllif: Elmir Murad