Bank müştərlilərinin sayı artıb – 86 min nəfərdən çox

11:05 - 22.05.2020


22 may, Fineko/abc.az. Bu ilin 1 may tarixinə ölkə üzrə bank müştərilərinin sayı 8 milyon 57 min 940 nəfət təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə məlumat Mərkəzi Bankdan bildirilib.

Məlumatda qeyd olunub ki, bu göstərici ötən ayla müqayisədə 86 min 662 nəfər və ya 1% çoxdur. İlin əvvəli ilə müqayisədə isə bank müştərilərinin sayı 1 800 nəfər və ya 0,2% çoxdur.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər