Bu BOKT kredit portfelini kəskin artırdı – 1 ildə

11:16 - 22.05.2020


22 may, Fineko/abc.az. Xəbər verdiyimiz kimi “Embafinans” BOKT maliyyə göstəricilərini açıqlayıb.

ABC.AZ BOKT-un hesabatına istinadən xəbər verir ki, ötən il “Embafinans”ın kredit portfeli 11 milyon 555 min manat və ya 49,3% artaraq 34 milyon 989 min manata yüksəlib.

Bununla yanaşı 2018-ci illə müqayisədə 2019-cu ildə “Embafinans”ın cəmi aktivləri 12 milyon 437 min manat və ya 42% artaraq 42 milyon 83 min manata çatıb.

Ötən il “Embafinans” banklardan vəsait cəlb edərək və istiqraz emissiya edərək öhdəliklərini artırıb. Ötən il təşkilatın cəmi öhdəlikləri 10 milyon 686 min manat və ya 69,1% artaraq 26 milyon 149 min manata yüksəlib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər