330x110
 

Azərbaycan qara metal idxalını artırıb – Məbləğ

22.05.2020,12:10


22 may, Fineko/abc.az. Yanvar-aprel aylarında ölkəyə 316,4 min ton qara metallar və onlardan hazırlanan məmulatlar idxal edilib.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, hesabat dövründə idxal edilən qara metallar və onlardan hazırlanan məmulatların dəyəri 370,7 milyon ABŞ dollarından çox olub. Qeyd edək ki, 2019-cu ilin eyni aylarında ölkəyə 317,2 milyon dollarlıq 261,4 min ton qara metallar və onlardan hazırlanan məmulatlar idxal edilib.