"Asan İmza" ödənişsiz oldu – 3 il müddətində

12:20 - 22.05.2020


22 may, Fineko/abc.az. B.EST Solutions şirkəti “Asan İmza” gücləndirilmiş mobil elektron imza xidmətini vətəndaşlar üçün (“Vətəndaş” tipli “Asan İmza” xidməti) 3 il müddətinə ödənişsiz təqdim edəcək.

ABC.AZ xəbər verir ki, şirkətdən bildirilib ki, vətəndaşlar üçün ödənişsiz təqdim ediləcək “Asan İmza” xidməti onların sosial sığorta, pensiyalar, sosial müavinətlər kimi elektron xidmətlərə uzaq məsafədən əlyetərlikdən əlavə nağdsız ödənişlərdən, onlayn kreditləşmələrdən, notariuslardan və s. kütləvi istifadə imkanını daha da artıracaq.

Bu da öz növbəsində şəffaflığı artıracaq, vaxt və resurslara qənaət edəcək və vətəndaşları lazımsız bürokratiyadan azad edəcək.

Qeyd edək ki, əvvəllər bu xidmətin aktivləşdirilməsi 18 AZN idi.

 

Bütün xəbərlər