Azərbaycanda problemli kreditlər 2017-ci il ərzində 31% artdı

15:59 - 15.01.2018


15 yanvar, Fineko/abc.az. 2017-ci il dekabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 1 890,3 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankdan (AMB) xəbər verildi ki, problemli kreditlərin həcmi noyabrın 1-i ilə müqayisədə cəmi 700 min manat və yaxud 0,04% artıb.

“İlin əvvəlinə nisbətən problemli kreditlər 417,7 mln. manat və yaxud 28,35%, illik müqayisədə isə 448 mln. manat və yaxud 31,06% artıb”, - bankdan belə bildirildi.

 

Bütün xəbərlər