330x110
 

İstehlak üçün alınan malların həcmi azalıb - 4 ayın hesabatı

22.05.2020,14:17


22 may, Fineko/abc.az. Yanvar-aprel aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 14,2 milyard manat olub.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu 2019-cu ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 4,1 faiz az deməkdir.

Sözügedən dövrdə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 2019-cu ilin müvafiq ayları ilə müqayisədə 3,9 faiz azalaraq 13,7 milyard manata bərabər olub.

Hesabat dövründə istehlak bazarında bir istehlakçı orta hesabla ayda 357,8 manatlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə 7,6 manat az əmtəə alıb və ödənişli xidmətlərdən istifadə edib.

Müəllif: Elmir Murad.