Asiya İnkişaf Bankı Azərbaycana texniki dəstək göstərəcək

16:01 - 15.01.2018


15 yanvar, Fineko/abc.az. Azərbaycanın İqtisadiyyat Nazirliyində Asiya İnkişaf Bankının (ADB) nümayəndələri ilə görüş keçirilib.

Nazirlikdən bildirildi ki,  görüşdə ADB nümayəndələrinə strateji yol xəritələrində nəzərdə tutulmuş və texniki dəstəyin göstərilməsi mümkün olan istiqamətlər barədə məlumat verilib.

“Tərəflər, texniki dəstəyin göstərilməsi məqsədilə seçilmiş istiqamətlər üzrə təkrar araşdırmaların aparılması  haqqında qərar qəbul etdilər”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər