Bu məhsulların da istehsalı artıb - 2,6 dəfə

15:32 - 22.05.2020


22 may, Fineko/abc.az. Bu ilin ilk 4 ayında Azərbaycanda istehsal olunan kompüter, elektrik avadanlıqları və optik məhsulların istehsalının statistikası açıqlanıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yanvar-aprel aylarında sözügedən məhsulların istehsalı sahələrində 66,8 milyon manatlıq istehsal həyata keçirilib.

Müqayisə üçün qeyd edək ki, əvvəlki ilin eyni aylarına nisbətdə kompüter, elektron və optik məhsulların istehsalı 2,6 dəfə artıb.

 

Bütün xəbərlər