Poçt şirkətləri Azərbaycanın gömrük sərhədində yüklərin saxlanılması haqqında məlumatı təkzib etdi

16:14 - 15.01.2018


15 yanvar, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən poçt şirkətləri, xaricdən ölkəmizə gətirilən yüklərin gömrük sərhədində saxlanılması haqqında məlumatı təkzib etdi.

Müştərilərə və KİV-ə ünvanlanan  müraciət, 12 poçt şirkətinin rəhbərləri tərəfindən imzalanıb. Müraciətdə deyilir ki, yüklərin gömrük sərhədində saxlanılması haqqında məlumat əsassızdır, poçt şirkətləri Dövlət Gömrük Komitəsinin fəaliyyətindən razıdır və ona qarşı heç bir iradları yoxdur.

Müraciət, DHL Dərhal, TNT Azəri Ekspress, FEDEX ARS Ekspres, UPS UPS AZ, NASİLLA, ASE Asya, ARAMEX Peqasus, CAMES, QUTE, BERKUT, MOVER, BARAMİ şirkətlərinin rəhbərləri tərəfindən imzalanıb.

Qeyd edək ki, sosial şəbəkə və bir sıra mətbuat orqanlarında bəzi çatdırılma şirkətlərinin müştərilərinə müraciət edərək, sifariş olunan mallarının Azərbaycanın gömrük sərhədini keçə bilməməsi barədə məlumatlar yayılıb.

 

Bütün xəbərlər