330x110
 

Problemli kreditlərin həcmi açıqlanıb – 1 milyard 386,8 milyon manatdır

22.05.2020,16:06


22 may, Fineko/abc.az. Aprelin 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 15 milyard 637,4 milyon manat olub.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin əvvəlindən sözügedən dövrədək ümumi kredit portfelinin 12 milyard 836,9 milyon manatı və ya 82,1 faizi uzunmüddətli kreditlərin payına düşüb.

Kreditlərin 97,4 faizi banklar, 2,6 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 386,8 milyon manat olub və ümumi kredit portfelinin 8,9 faizini təşkil edib.

Müəllif: Elmir Murad