330x110
 

“AG Bank” və “NBC Bank”-dakı əmanətlər mərhələli qaytarılacaq – Gələn aydan

22.05.2020,16:34


22 may, Fineko/abc.az. “AG Bank” ASC və “NBC Bank” ASC-də sığorta hadisəsi günü 28 aprel 2020-ci il müəyyən edilib.

ABC.AZ xəbər verir ki, Əmanətlərin Sığortalanması Fondu (ADİF) əmanətlərin qaytarılması barədə məlumat yayıb.

Məlumatda qeyd olunub ki, əmanətlər “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kompensasiya olunacaq.

Verilən məlumata görə, kompensasiyalar iki mərhələdə qaytarılacaq. Belə ki, 16 iyun 2020-ci il tarixindən başlayaraq “AG Bank” ASC və “NBC Bank” ASC-də 30 min manat ekvivaləntinədək (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə kompensasiyaların verilməsi nəzərdə tutulur. 15 iyul 2020-ci il tarixindən başlayaraq isə 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə kompensasiyaların verilməsi planlaşdırılır.

Müəllif: Elmir Murad