DSMF-nin Ağdaş rayon Şöbəsində əməliyyat keçirilib – 1 nəfər saxlanılıb

16:40 - 22.05.2020


22 may, Fineko/abc.az. Baş Prokurorluq daha bir vəzifəli şəxsi cinayət məsuliyyətinə cəlb edib.

Bu barədə ABC.AZ-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Ağdaş rayon Şöbəsində keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində şöbənin məsləhətçisi Məharət Əhmədovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, vətəndaşa sosial yardım verilməsinə köməklik göstərilməsi müqabilində onun yaxın qohumundan 1 000 manat pulu rüşvət tələb edərək, həmin pulun bir qismini aldığına şübhələr üçün əsaslar müəyyən olunub. Baş İdarənin əməkdaşları tərəfindən xüsusi texniki vasitələrdən istifadə etməklə həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri nəticəsində M.Əhmədov həmin məbləğin qalan hissəsini 21 may 2020-ci il tarixdə rüşvət kimi alarkən cinayət başında yaxalanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. M.Əhmədov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

 

Bütün xəbərlər