Karantinlə bağlı yaxın vaxtlarda qərar veriləcək – İbrahim Məmmədov

17:23 - 22.05.2020


22 may, Fineko/abc.az. Azərbaycanda hazırki situasiya karantin qaydalarını sərtləşdirməyə əsas vermir.

ABC.AZ-ın məlumatına görə, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bu gün keçirilən brifinqdə bildirib.

O qeyd edib ki, şənbə və bazar günləri hərəkətin məhdudlaşdırılması barədə verilən təklif qəbul olunmayıb: "Karantin rejiminin daha da yumşaldılması və ya ləğv edilməsi hələlik məqbul deyil. Vəziyyət olduğu kimi qalır. Yaxın günlərdə yekun qərar elan olunacaq”.

 

 

Bütün xəbərlər