Rayonlara gediş-gəliş yolu və ticarət mərkəzləri nə vaxt açılır? – Açıqlama

17:49 - 22.05.2020


22 May, Fineko/abc.az. İyunun 1-dən sonra ticarət mərkəzlərinin və rayonlara gediş-gəlişin açılması müzakirə olunacaq.

ABC.AZ-ın verdiyi xəbərə görə, bunu Operativ Qərərgahda keçirilən brifinqdə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Çimərlik mövsümünə də toxunan R.Bayramlı qeyd edib ki, onun açılması ilə bağlı bir problem görünmür: “İdman tədbirləri üçün iyunun 1-dən icazənin verilməsi gündəmdədir.

Yaxın günlərdə bununla bağlı qərar açıqlanacaq”.

 

Bütün xəbərlər