330x110
 

Azərbaycanlı Almaniya şəhərlərindən birinin başçısı ola bilər - Namizədliyi verildi

27.05.2020,12:33


27 may, Fineko/abc.az. Almaniyada bu ilin oktyabrın 9-da keçiriləcək bələdiyyə seçkilərində əslən Azərbaycandan olan şəxsin də namizədliyi qeydə alınıb.

ABC.AZ xarici KİV-lərə istinadən xəbər verir ki, sözügedən namizəd Bakıda anadan olmuş Müşəxxəs Sultanov adlı şəxsdir. Onun namizədliyi Almaniya Sosial Demokratlar Partiyası (SPD) tərəfindən irəli sürülüb.

M.Sultanov 2006-cı ildən partiyanın üzvüdür. Azərbaycanlı namizəd seçiləcəyi təqdirdə Almaniyanın 5 şəhərindən birinin başçısı olacaq.

Qeyd edək ki, M.Sultanov 1 sentiyabr 1967-ci ildə Bakıda anadan olub, Azərbaycan Neft Akademiyasını bitirib. 1999-cu ildən Almaniyada yaşayır, ölkədə ilk iş müqaviləsi Almaniya Şell Neftayırma birliyində mühəndis köməkçisi kimi olub. 2006-cı ildən Almaniyada otel və qastronom sahəsində sərmayələr yatırımına da başlayıb. Evlidir, iki övladı var.

 

Müəllif: Elmir Murad