Azərbaycan neftinin qiyməti ucuzlaşıb

11:14 - 28.05.2020


28 may, Fineko/abc.az.  “Azeri Light”ın bir barreli 35,13 dollara satılır

Xəbər verilir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,87 dollar ucuzlaşaraq 35,13 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Bütün xəbərlər