330x110
 

Sərhədlərin bağlı qalması uzadıldı - Yeni qərar

29.05.2020,16:01


29 may, Fineko/abc.az.  Azərbaycanın dövlət sərhəddinin bağlanması 15 iyun 2020-ci il tarixinədək uzadılır.

Operativ Qərargahdan ABC.AZ-a daxil olmuş məlumata görə, yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə həyata keçirilən tədbirlər çərçivəsində əksər dövlətlər öz sərhədlərinin müvəqqəti olaraq bağlanması və beynəlxalq uçuşların təxirə salınması müddətini artırıb.

COVID-19 pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil edilərək yükdaşımaları və çarter reysləri istisna olmaqla, Azərbaycan ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət 15 iyun 2020-ci il tarixədək uzadılıb.