330x110
 

“Mall”arın fəaliyyəti bərpa olunur - Açıqlama

29.05.2020,17:05


29 may, Fineko/abc.az.  Xəbər verdiyimiz kimi Nazirlər Kabineti yanında Operativ Qərargah karantin rejiminin müddətini iyunun 15-dək uzadıb. Buna baxmayaraq mayın 31-dən etibarən bəzi yumşaldılmalar da həyata keçiriləcək.

ABC.AZ Operativ Qərərgaha istinadən xəbər verir ki, 31 may 2020-ci il saat 00:00-dan xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin aradan qaldırılmasına qərar verilib.

Belə ki, sözügedən tarixdən etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması ləğv olunur, nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyəti istisna olmaqla ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti bərpa olunur.

 

Müəllif: Elmir Murad