330x110
 

Kafe və restoranlarda xidmət saatı artırıldı - Yeni qərar

29.05.2020,17:11


29 may, Fineko/abc.az.  Mayın 31-dən etibarən Azərbaycanda açıq havada keçirilən idman yarışlarının tamaşaçıların iştirakı olmadan təşkilinə icazə verilir.

ABC.AZ-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın açıqlamasında qeyd olunub.

Sözügedən tarixdən ləğv olunanlar arasında ictimai iaşə obyektlərində müddətli fəaliyyət rejimi qadağası da var. Belə ki, ölkə üzrə bütün ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə və 10 nəfərdən artıq toplaşmaqla kütləvi şənliklər, məclislərin təşkili istisna olmaqla Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 22:00-dək həyata keçirilir.

 

 Müəllif: Elmir Murad