330x110
 

Karantin qaydaları yenidən sərtləşdirilə bilər - Açıqlama

29.05.2020,19:01


29 may, Fineko/abc.az.  Bakıda son günlər yoluxma hallarında çoxalma qeydə alınır.

ABC.AZ-ın məlumatına görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərərgahın bu gün keçirilən brifinqində deyib.

O bildirib ki,  bundan sonrakı yoluxma sürəti və veriləcək qərarlar vətəndaşların məsuliyyətindən asılı olacaq:"Biz yumşalma addımlarını atırıq, amma hər kəs bilməlidir ki, maskadan istifadə və məsafə saxlamaq əsas davranışlarımız olmalıdır. Maskaların taxılmasına qeyri-ciddi yanaşanlarla bağlı təxirəsalınmaz qərarlar qəbul ediləcək. Tələbata uyğun olaraq maska istehsalının da artırılması nəzərdə tutulur. Rayonlarda yoluxma halında artım davam edərsə, həmin rayonlarda karantin qaydası sərtləşdiriləcək. Bu qərarların müzakirəsi Operativ Qərargahın masası üzərindədir".

 

Müəllif: Elmir Murad