330x110
 

Naxçıvan-Bakı reysi yenidən açılır

29.05.2020,19:10


 29 may, Fineko/abc.az.  Naxçıvan-Bakı reysinin yenidən fəaliyyətə başlanacağı tarix açıqlanıb.

ABC.AZ xəbər verir ki, bu gün Operativ Qərərgahda keçirilən brifinqdə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib ki, iyunun 8-dən sonra uçuşlar başlayacaq.

O bildirib ki, bütün uçuşlar qaydalara uyğun formada həyata keçiriləcək: "Reyslərin sayı və sərnişin sayı əvvəlki kimi olmayacaq. Sərnişinlər arasında məsafə qorunması üçün sərnişin sayına məhdudiyyət qoyulacaq. Hava nəqliyyatında 80 faizə qədər doluluq tətbiq edilə bilər".