330x110
 

190 manatın yenə verilməsi müzakirə olunacaq - Rəsmi

29.05.2020,19:24


29 may, Fineko/abc.az.  Xəbər verdiyimiz kimi Azərbaycanda karantin rejimi iyunun 15-dək uzadılıb. Bu müddət ərzində 190 manatlıq ödənişin yenə verilib-verilməməsi məsələsi yenidən gündəmə gəlib.

ABC.AZ-ın məlumatına görə, Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov nu gün keçirilən brifinqdə bu barədə suala cavab verib. O qeyd edib ki, 190 manatlıq birdəfəlik ödəmələrin iyun ayında verilməsi Operativ Qərargahda müzakirə olunacaq. "Müzakirələr nəticəsində müvafiq qərar qəbul olunduqdan sonra ictimaiyyətə açıqlanacaq" deyə İ. Məmmədov qeyd edib.

 

Müəllif: Elmir Murad