Azərbaycan “Stalinin yaxtası”nı satın almaq fikrindədir

17:19 - 15.01.2018


15 yanvar, Fineko/abc.az. “Moskva Çay Gəmiçiliyi” (MÇG) və  Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi arasında, 1934-cü ildə tikilmiş və “Stalinin yaxtası” kimi tanınan “Maksim Qorki” gəmisinin satın alınması haqqında danışıqlar aparılır. 

MÇG-nin baş direktoru Konstantin Anisimov bu məlumatı təsdiq edib dəqiqləşdirdi ki,  danışıqlar Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi və Nijni Novqorod şəhərinin administrasiyadı ilə aparılır.

“Azərbaycanlılar üçün bu gəmi, Gəmiçiliyin, 2018-ci ildə qeyd ediləcək 160 illiyi ilə bağlı dəniz donanması muzeyinin tikiləcəyi  eksponatı kimi  də maraqlıdır.  Lakin Nijni Novqorod üçün “Maksim Qorki” - əlamətdar gəmidir, çünki o, yerli tərsanələrdə tikilib, həmçinin, 2018-ci ildə Maksim Qorkinin 150 illiyi qeyd edilir”, - bunu, sövdələşmənin məbləğini açıqlamaqdan imtina edən K.Anisimov dedi.

 

 

Bütün xəbərlər