11 nömrəli marşrut xətti üzrə sərnişindaşımalar “BakuBus” tərəfindən icra ediləcək

13:38 - 30.05.2020


30 may, Fineko/abc.az.  Mayın 30-dan 11 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımalar “BakuBus” MMC tərəfindən icra edilir.

Bu barədə ABC.AZ-a Bakı Nəqliyyat Agentliyindən xəbər verilib.

Bildirilib ki, 11 nömrəli xətt üzrə sərnişinlərə ekoloji baxımdan təmiz, “Avro 6” standartlarına cavab verməsi ilə fərqlənən 12 metrlik avtobuslarla xidmət göstərilir. Dəyişiklik gündəlik 30 minədək sərnişinin daha təhlükəsiz və rahat daşınmasına imkan verir.

Bununla nağdsız ödəniş sisteminə inteqrasiya olunan müntəzəm marşrut xətlərinin sayı 35 olub.

Bütün xəbərlər