330x110
 

Bu rayonda modul tipli məktəblər tikilir – 7 bina olacaq

31.05.2020,10:20


31 may, Fineko/abc.az. Quba rayonunda şagird sayı 100-dək olan 7 məktəb üçün modul tipli binalar quraşdırılacaq.

ABC.AZ-ın məlumatına görə, yeni məktəblər rayonun Utuq, Gömürdəhnə, Künxırt, Xaspolad, Haput, Muçu və Kardaş kimi ucqar yaşayış məntəqələrində inşa ediləcək.

Quba Rayon Təhsil Şöbəsindən bildirib ki, artıq 5 kənddə modul məktəblərin quraşdırılmasına başlanılıb. Yeni tədris ilinə kimi yeddi kəndin hamısında məktəblər istifadəyə veriləcək. Bununla da Qubada quraşdırlan modul məktəblərin ümumi sayı 23-ə çatacaq.