330x100
 

Nazirlik 563 min manatlıq tender qalibini elan etdi

31.05.2020,14:23


31 may, Fineko/abc.az. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki təminat idarəsinin nəqliyyat vasitələri və texnikalar üçün ehtiyat hissələri, şin və akkumulyatorların satın alınması ilə bağlı elan edilən açıq tenderə yekun vurulub.

ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, tenderin qalibi Sabir Təvəl oğlu Fərzəliyev olub.

Qalib şirkətə 563473.6 manat ödəniləcək.